Trampdan İraqa mesaj: Müttəfiqlərimizi tərk etməyəcəyik
ABŞ Prezidenti Donald Tramp, Amerika əsgərlərinin İraqdan çıxarılmasının ardından müttəfiqlərini tərk etməyəcəklərini bildirdi.

ABŞ Prezidenti Donald Tramp, Texasda keçirəcəyi tədbirlər üçün Vaşinqtondan ayrılarkən, Ağ Evin bağında mətbuat nümayəndələrinin suallarını cavablandırdı. İraqdakı bütün Amerika əsgərlərinin İraqdan çıxarılmasının ardından bu ölkəyə dair qiymətləndirməsi soruşulan Tramp, “Mən müttəfiqlərimizi heç vaxt tərk etmirəm” dedi.

Tramp, Dubaydan Tel-Əvivə gedərkən Səudiyyə Ərəbistanına təcili eniş edən təyyarə ilə bağlı, “Təyyarəyə edilən hücumun arxasında İran varsa, İrana cavab verəcəksinizmi?” sualına isə “Onlar çox sərt şəkildə hədəf alınacaqlar, narahat olmayın” deyə cavab verdi.