Avropa Mərkəzi Bankından süni intellekt xəbərdarlığı
Avropa Mərkəzi Bankı və Avropa Sistemik Risk Şurasının prezidenti Christine Lagarde, “Süni intellektin maliyyə sektorunda təhlükəsiz istifadə edilə bilməsi üçün siyasətçilər maliyyə sisteminin bütövlüyünə yönəlik riskləri öncədən görməlidir” dedi.

Avropa Mərkəzi Bankının (ECB) və Avropa Sistemik Risk Şurasının (ESRB) prezidenti Christine Lagarde, ESRB-nin 10-cu İllik Konfransının açılışında çıxış etdi. Qlobal miqyasda əməkdaşlıq çağırışı edən Lagarde, Avro Bölgəsindəki əhəmiyyətli bankların təxminən 90%-nin məhsuldar süni intellekti istifadə etdiyini bildirdi.

Bu texnologiyanın gətirdiyi müstəqilliyin maliyyə bazarları, kiber dayanıqlıq və geosiyasi sahələrdə üç əsas risk yaratdığını vurğulayan Lagarde, “Maliyyə bazarlarında insan nəzarətindən asılı olmayaraq hərəkət edən süni intellekt agentləri bazar şoklarını böyüdərək qiymət manipulyasiyalarına və qiymət pozulmalarına səbəb ola bilər. Süni intellektin maliyyə sektorunda təhlükəsiz istifadə edilə bilməsi üçün siyasətçilərin maliyyə sisteminin bütövlüyünə yönəlik riskləri öncədən görməsi lazımdır. Süni intellekt sistem boşluqlarını tapma və bunları sui-istifadə etmə sürətini həftələrdən saatlara endirdi” ifadələrini işlətdi.