Avropa İttifaqı (Aİ) ölkələrinin Ukrayna üçün 4,9 milyard avroluq fondun sərbəst buraxılmasında razılaşdığı bildirildi.
Avropa İttifaqı Şurasından verilən açıqlamada, üzv ölkələrin Ukraynaya hərbi dəstək göstərmək məqsədilə Avropa Sülh Fondu çərçivəsində 4,9 milyard avroluq fondun sərbəst buraxılmasında razılaşdığı qeyd edildi. Qəbul edilən qərarla 4,7 milyard avro Ukraynaya daha əvvəl hərbi dəstək göstərmiş üzv ölkələrə geri ödənəcək. Qalan 230 milyon avroluq hissə isə Aİ Ukrayna Hərbi Yardım Missiyasına (EUMAM) əlavə maliyyə olaraq təmin ediləcək.