Almaniya Prezidenti Frank Walter Steinmeier Çində
Almaniya Prezidenti Frank Walter Steinmeier, Çin Prezidenti Şi Cinpingin dəvəti ilə həyata keçirdiyi səfər çərçivəsində Hefei şəhərinə çatdı.

Almaniya Prezidenti Frank Walter Steinmeier, 27-31 Oktyabr tarixləri arasında həyata keçirəcəyi rəsmi səfər çərçivəsində Çinin Hefei Xinqiao Beynəlxalq Hava Limanına endi. Steinmeier təxminən səkkiz ildən sonra Çinə etdiyi səfərdə Dövlət Başçısı Şi Cinping, Baş nazir Li Qiang və Milli Xalq Məclisi Daimi Komitəsinin Sədri Zhao Leji ilə görüşəcək.