İran: ABŞ danışıqlar mövzusunda ciddi olsa, Tehranın 7 şərtini qəbul etməlidir
İranın Ali Milli Təhlükəsizlik Şurası sədrinin müavini Əli Bakıri, "ABŞ-ın danışıqlar və ədalətli bir razılaşmaya çatmaq mövzusunda ciddi bir iradəsi varsa, 7 şərti qəbul etməli və bunları tətbiq etməlidir" dedi.

İranın Ali Milli Təhlükəsizlik Şurası sədrinin müavini Əli Bakıri, ölkə mediasına İran ilə ABŞ arasındakı danışıqların son vəziyyəti ilə bağlı açıqlama verdi. Bakıri, ABŞ-ın keçən il yazda beş tur danışıqlardan sonra ikinci müharibəni başlatdığını və danışıqlar davam edərkən İran lideri Ayətullah Əli Xameneiyə sui-qəsd təşkil etdiyini söylədi. "ABŞ şərtləri qəbul edib tətbiq edərsə, ciddi bir danışıqlar prosesinin açılıb-açılmayacağı qiymətləndirilə bilər. ABŞ-ın danışıqlar və ədalətli bir razılaşmaya çatmaq mövzusunda ciddi bir iradəsi varsa, 7 şərti qəbul etməli və bunları tətbiq etməlidir" ifadələrini işlətdi.