Rusiya Baş nazirinin müavini Aleksandr Novak, “Dizel yanacağı daşıyan 3 tanker ixrac üçün Rusiya limanlarından yola çıxdı” dedi.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumu Zirvəsi (GECF) çərçivəsində enerji məhsullarının ixracı ilə bağlı açıqlama verib. Rusiya limanlarından dizel yanacağı daşıyan 3 tankerin ixrac məqsədilə yola çıxdığını bildirən Novak, “Hazırda 3 gəmi yola çıxdı. Dördüncü tankerin isə 28 oktyabrda yola çıxmasını gözləyirik” ifadələrini işlədib.
Novak Avropa ölkələrindən tələb gələcəyi təqdirdə Rusiyanın göndərişləri yenidən başlatmağa hazır olduğunu vurğulayaraq, “Biz hazırıq. Həmişə etibarlı təchizatçılar olmuşuq. Avropa qazımızı almasa, sata biləcəyimiz başqa bazarlar var” deyə danışıb.