Tramp: Seçkilər dürüst keçirilərsə nəticələrə hörmət edərəm
ABŞ Prezidenti Donald Tramp, 3 noyabrda keçiriləcək Konqres ara seçkiləri ilə bağlı, “Seçkilər dürüst keçirilərsə hörmət edərəm” dedi.

ABŞ Prezidenti Donald Tramp, Texasda iştirak edəcəyi seçki mitinqi üçün Vaşinqtondan ayrılarkən, hava limanında mətbuat nümayəndələrinə 3 noyabr çərşənbə axşamı günü keçiriləcək Konqres ara seçkilərinin nəticələrinə dair açıqlama verdi. Tramp, seçkilərdən Demokratların qalib çıxması və Konqresdə çoxluğu əldə etməsi halında onlarla necə işləyəcəyi sualına, “Mənim güclü bir veto haqqım var. Ümid edirəm belə bir vəziyyət yaşanmaz ancaq olarsa, bu daha əvvəl bir çox prezidentin başına gəlmişdir. Güclü bir veto haqqınız vardır və sonunda bir şəkildə anlaşmanın yolunu taparsınız” cavabını verdi.

Tramp, “Nə olursa olsun nəticələrə hörmət edəcəksinizmi?” sualına isə “Seçkilər dürüst keçirilərsə mən də hörmət edərəm” deyə cavabladı.