Zelenski: Bu il cəbhədəki mövqeyimiz daha güclüdür
Ukrayna Prezidenti Volodimir Zelenski ilin əvvəlindən etibarən cəbhə xəttinin müxtəlif nöqtələrində Rusiya ordusuna qarşı üç ayrı əks-hücum təşkil etdiklərini bildirərək, “Bu il cəbhədəki mövqeyimiz uzun zamandır olduğundan çox daha güclüdür” dedi.

Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında paylaşdığı video mesajında Ukrayna ordusu və təhlükəsizlik qüvvələrinin nümayəndələri ilə görüşdüyünü bildirdi. Zelenski ordudan cəbhə xəttindəki inkişaflarla bağlı məlumat aldığını qeyd edərək, Xarkov bölgəsindəki Kupyansk şəhəri istiqamətində Rusiya ordusuna qarşı əməliyyat apardıqlarını bildirdi. Zelenski ilin əvvəlindən etibarən cəbhənin müxtəlif bölgələrində təşkil etdikləri iki ayrı əks-hücum nəticəsində 1000 kvadrat kilometrlik ərazinin nəzarətini yenidən təmin etdiklərini vurğulayaraq, “Bu əməliyyat üçüncü əks-hücumdur. 14 oktyabr tarixindən etibarən Rusiya tərəfindən bir çox ballistik raket hücumu həyata keçirilib. İki həftə ərzində Kiyev və bölgəyə 100-dən çox ballistik raket atılıb. Təəssüf ki, təchizatla bağlı ciddi məhdudiyyətlər yaşanır və hava müdafiə paketlərinin göndərilməsi gecikir” ifadələrini işlətdi.

Zelenski müttəfiqlərin Ukraynaya vaxtında dəstək göstərməsi halında cəbhədə daha uğurlu ola biləcəklərini bildirərək, “Bu il cəbhədəki mövqeyimizin bu müharibədə uzun zamandır olduğundan çox daha güclü olduğunu qeyd etməkdə fayda var” deyə qiymətləndirmə etdi.