İran İnqilab Keşikçiləri Ordusu: Hörmüz Boğazında ABŞ-a məxsus PUA vuruldu
İran İnqilab Keşikçiləri Ordusu, Hörmüz Boğazının şərq hissəsində ABŞ istehsalı MQ-1 tipli pilotsuz uçuş aparatının (PUA) hava müdafiə sistemləri tərəfindən vurularaq məhv edildiyini bildirdi.

 

İran İnqilab Keşikçiləri Ordusu tərəfindən mövzu ilə bağlı yayımlanan yazılı açıqlamada, Hörmüz Boğazının şərqində, Sirik şəhəri qarşısında hərəkət edən ABŞ istehsalı MQ-1 tipli pilotsuz uçuş aparatının İran hava müdafiə sistemi tərəfindən aşkar edilərək məhv edildiyi bildirildi.