İspaniyadakı qatar qəzasında ölənlərin sayı 69-a çatdı
İspaniyanın Toledo vilayətində baş verən qatar qəzasında ölənlərin sayı 69-a çatdı. Castilla-La Mancha Muxtar İdarəsinin Prezidenti Emiliano Garcia-Page, dağıntı yerində daha bir cəsədin tapıldığını və 15 nəfərin vəziyyətinin kritik olduğunu bildirdi.

İspaniyanın paytaxtı Madridin cənubundakı Toledo vilayətində dünən baş verən qatar qəzasında ölənlərin sayı 69-a çatdı. Castilla-La Mancha Muxtar İdarəsinin Prezidenti Emiliano Garcia-Page, qəza yerində aparılan axtarış işlərində daha bir nəfərin cəsədinin tapıldığını bildirdi.

İspaniyada 68 nəfərin öldüyü qatar qəzasından sonra 3 günlük milli yas elan edildi

Garcia-Page, Castilla-La Mancha bölgəsində 50 yaralının xəstəxanalarda müalicəsinin davam etdiyini, 60 nəfərin isə evə buraxıldığını qeyd etdi. Xəstəxanada olan yaralılardan 15-nin vəziyyətinin kritik olduğunu, bu xəstələrdən 4-nün vəziyyətində yaxşılaşma əlamətləri görüldüyünü ifadə etdi. Garcia-Page, dağıntılar altında başqa cəsəd olmadığına inanıldığını, lakin axtarış işlərinin davam etməsi səbəbindən ehtiyatlı olunmasının vacibliyini vurğuladı.