Bosniya və Herseqovinada hərbi helikopter qəzaya uğradı: 4 ölü, 11 yaralı
Bosniya və Herseqovinada Avropa İttifaqı Sülhməramlı Missiyasına məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər həyatını itirdi, 11 nəfər yaralandı.

 

Bosniya və Herseqovinanın şimalındakı Brcko-da Avropa İttifaqı (Aİ) Sülhməramlı Missiyasına (EUFOR) məxsus hərbi helikopterin rutin əməliyyat zamanı qəzaya uğradığı bildirildi. Rəsmilər, qəzada 4 nəfərin həyatını itirdiyini, 11 nəfərin yaralandığını açıqladı. Helikopterdəki əsgərlərin hamısının italyan olduğu qeyd edildi.