Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin sona çatdırılması üçün çalışdıqlarını bildirərək, “Türkiyədə vacib görüşlər olacaq” dedi.
Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında paylaşdığı mesajında, Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrindəki enerji infrastrukturuna təşkil etdiyi hava hücumları səbəbindən ölkədə yaranan elektrik kəsintilərinin aradan qaldırılması üçün işlərin davam etdiyini bildirdi.
Uzun mənzilli silahlarla Rusiyaya qarşı hücumların artırılması istiqamətində işlərini davam etdirdiklərini qeyd edən Zelenski, “Həqiqətən dəstək verən hər kəsə təşəkkür edirəm. Türkiyədə vacib görüşlər olacaq. Həmçinin mövcud bütün diplomatik imkanların həyata keçirilməsi üçün də çalışırıq. Noyabr ayında uzun müddətdir müzakirə olunan formatlara çata biləcəyimizi proqnozlaşdırırıq” ifadələrini işlətdi.