İrandan Avropa ölkələrinə mesaj: Ödəmə növbəsi sizdədir
İran Milli Təhlükəsizlik Ali Şurasının Baş Katibi Mohsin Rızai, Avropa ölkələrinin bir zamanlar İsrailin 'çirkli işləri' ilə öyündüyünü deyərək, "Müharibənin və terrorun bir qiyməti var, indi ödəmə növbəsi sizdədir" dedi.

 

İran Milli Təhlükəsizlik Ali Şurasının Baş Katibi Mohsin Rızai, sosial media hesabından Avropa ölkələrinə müraciət etdi. Rızai, Avropa ölkələrinin bir zamanlar İsrailin 'çirkli işləri' ilə öyündüyünü iddia edərək, "Bu gün isə İranla müharibənin onlara milyardlara başa gəlməsindən şikayət edirlər. Müharibə cinayətlərini alqışlayarkən, bunun hesabının sizə də çıxacağını düşünməmişdinizmi? Müharibənin və terrorun bir qiyməti var. İndi ödəmə növbəsi sizdədir" ifadələrini işlətdi.