Bolqarıstanda prezident seçkilərinin ikinci turu sabah keçiriləcək
Bolqarıstanda vətəndaşlar sabah prezident seçkilərinin ikinci turu üçün seçki məntəqələrinə gedəcəklər.

 

Bolqarıstanda vətəndaşlar sabah prezident və vitse-prezidenti seçmək üçün ikinci turda səs verəcəklər. 25 oktyabrda keçirilən birinci turda iştirak edən 27 namizəd arasından ən çox səs toplayan 2 prezident və 2 vitse-prezident namizədi ikinci turda seçicilərin qarşısına çıxacaq. Seçkidə xalq mövcud Prezident Iliana Yotova və vitse-prezident namizədi Kiril Valchev ilə keçmiş Baş nazir Andrey Gyurov və vitse-prezident namizədi Georgi Kandev arasında qərar verəcək. Səsvermə yerli vaxtla 07:00-da başlayacaq və 20:00-da başa çatacaq. Seçki məntəqəsində gözləyən seçicilər olduqda səsvermə müddəti ən gec 21:00-a qədər uzadıla bilər. Xaricdəki seçki məntəqələrində də eyni saatlarda səs veriləcək.