Zelenski: Kiyev və Dnipro bölgələrində təxminən 280 min ailə işıqsız qaldı
Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiyanın təşkil etdiyi hava hücumları səbəbindən Kiyev və Dnipro bölgələrində təxminən 280 min ailənin işıqsız qaldığını bildirdi.
Checkout
#060039

Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabından etdiyi açıqlamada, paytaxt Kiyevdəki bir istilik elektrik stansiyasının bu gecə hədəf alındığını bildirərək, Dnipro bölgəsində 4 fərqli elektrik transformator mərkəzinin vurulduğunu qeyd etdi. Ukraynanın müxtəlif bölgələrində dəmir yolu infrastrukturuna da hücumlar təşkil edildiyini vurğulayan Zelenski, "Rusiya həmçinin Dnipro bölgəsindəki bir təbii qaz paylama obyektinə hücum etdi. Gecə hücumları səbəbindən ölkədə elektrik kəsintiləri baş verdi. Dnipro bölgəsində təxminən 200 min ailə, Kiyev bölgəsində isə 80 mindən çox ailə işıqsız qaldı" ifadələrini işlətdi.
Zelenski, ölkəsinə hücumların davam etdiyinə diqqət çəkərək, həqiqi sülhə doğru güclü addımların atılması lazım olduğunu bildirdi.