Bolqarıstanda prezident seçkilərini İlyana Yotova qazandı
Bolqarıstandakı prezident seçkilərini mövcud Prezident İlyana Yotova və vitse-prezidentliyə namizəd Kiril Valçev qazandı.

Bolqarıstan mətbuatında dərc olunan qeyri-rəsmi nəticələrə görə, prezident seçkilərini mövcud Prezident İlyana Yotova və vitse-prezidentliyə namizəd Kiril Valçev qazandı. Səsvermə yerli vaxtla saat 20:00-da başa çatdıqdan sonra yayımlanan iki çıxış sorğusuna görə, Yotovanın təxminən 51 faiz səs aldığı bildirildi.