ABŞ-ın Florida ştatında 'Learjet 60' tipli xüsusi təyyarənin yaşayış məntəqəsinə düşməsi nəticəsində 9 nəfər həyatını itirib.
ABŞ-ın Texas ştatındakı Austin-Bergstrom Beynəlxalq Hava Limanından Baham adalarındakı North Eleuthera Hava Limanına getmək üçün havaya qalxan 'Learjet 60' tipli xüsusi təyyarə yerli vaxtla saat 13:00 radələrində Florida ştatı Palm Beach County yaxınlığındakı Cresthaven yaşayış məntəqəsinə düşüb. Təyyarənin yaşayış məntəqəsinə düşməsi nəticəsində təyyarədəki 9 nəfərin həyatını itirdiyi bildirilib. Qəzanın ardından bölgədəki yüzlərlə insanın təxliyə edildiyi və qəza ilə bağlı araşdırma başladıldığı qeyd olunub.