Kreml: Zelenski zəng edərsə, Putin telefonu açacaq
Kreml Xarici Siyasət Məsləhətçisi Yuriy Uşakov, Ukrayna Prezidenti Volodimir Zelenski zəng edərsə, Rusiya Prezidenti Vladimir Putinin telefonu açacağını bildirdi.

Kreml Xarici Siyasət Məsləhətçisi Yuriy Uşakov, Rusiya mətbuatına Ukrayna mövzusunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlara Avropalı nümayəndələrin qatılması ehtimalı ilə bağlı danışdı. Amerikalılarla iş səviyyəsində təmaslarının olduğunu deyən Uşakov, "Bu səbəbdən, danışıqların ilk turlarının üçtərəfli formatda keçirilməsi məntiqlidir" ifadəsini işlətdi.

Uşakov, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə Moskvada görüşə biləcəyini qeyd edərək, "Müxtəlif mənbələr vasitəsilə siqnal göndərir" açıqlamasında bulundu.

'Zelenski zəng edərsə, Putin telefonu açarmı?' sualına isə Uşakov, "Putinin açacağını düşünürəm. Putin heç vaxt görüşməkdən imtina etməyib" cavabını verdi.