Londonda qadağan olunmuş Palestine Action qrupuna dəstək aksiyasında saxlanılanların sayı 325-ə çatdı
Böyük Britaniyanın paytaxtı Londonda qadağan olunmuş Palestine Action qrupuna dəstək məqsədilə ABŞ Səfirliyi qarşısında keçirilən aksiyada saxlanılanların sayı 325-ə çatdı.
Checkout
#060092

London Metropolitan Polisi şənbə günü ABŞ-ın Londondakı Səfirliyi qarşısında keçirilən aksiyaya dair son məlumatları paylaşdı. Açıqlamada şənbə günü saxlanılanların sayının 325-ə çatdığı bildirilərək, "Saxlanılan 320 nəfər Terrorizm Aktı çərçivəsində qadağan olunmuş təşkilata dəstək verməkdə ittiham olunaraq saxlanılıb" ifadələri işlədilib.
Polis əvvəlki açıqlamasında saxlanılanların sayının 139 olduğunu bildirmişdi.