İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəkayi, ABŞ-ın dəniz blokadasını qaldırmadan və Tehranın tələblərini qarşılamadan Hörmüz Boğazının açılmayacağını bildirərək, diplomatik prosesdə topun ABŞ-ın meydanında olduğunu vurğuladı.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəkayi, ABŞ-ın dəniz blokadasını qaldırmadan və Tehranın tələblərini qarşılamadan Hörmüz Boğazının açılmayacağını bildirərək, diplomatik prosesdə topun ABŞ-ın meydanında olduğunu vurğuladı.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəkayi mətbuat konfransında ABŞ-ın dəniz blokadasını qaldırmadan və Tehranın qanuni tələblərini qarşılamadan Hörmüz Boğazının açılmayacağını və təhlükəsizliyin təmin olunmayacağını bildirdi. Bəkayi Vaşinqtonun blokadanı davam etdirərkən birtərəfli öhdəlik gözləyə bilməyəcəyini, diplomatik prosesdə topun ABŞ-ın meydanında olduğunu vurğuladı.
ABŞ vitse-prezidenti JD Vance-in İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rızaiyə göndərdiyi məktuba toxunan Bəkayi, Tehran üçün həlledici olanın ABŞ-ın praktik hərəkətləri olduğunu söylədi. Bəkayi ABŞ-ın son iki ildə dialoq proseslərini pozduğunu qeyd edərək, İranın təqdim etdiyi 7 mərhələli təklifin 2 gün ərzində həyata keçirilə biləcək formata gətirildiyini və bunun İranın xoş niyyətini göstərdiyini bildirdi.
İran Xarici İşlər nazirinin müavini Kazım Qəribabadinin Doha səfəri ilə bağlı danışan Bəkayi, görüşün Qətər vasitəçiliyi ilə ABŞ ilə mesaj mübadiləsini təmin etmək məqsədilə keçirildiyini təsdiqlədi. Bəkayi iqtisadi blokada qaldırılmadan Fars Körfəzi və Hörmüz Boğazında birtərəfli təhlükəsizliyin mümkün olmayacağını bildirdi.
İsrailin Qəzza və Livandakı hücumlarına toxunan Bəkayi, İsrailin Orta Şərqdəki təhlükəsizliyin kök səbəbi olduğunu bildirdi. Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailli rəsmiləri mühakimə etmək cəhdləri səbəbindən ABŞ təzyiqi ilə qarşılaşdığını ifadə edən Bəkayi, qonşu Körfəz ölkələrinə də səslənərək bölgə torpaqlarının və ya obyektlərinin ABŞ tərəfindən İrana qarşı istifadə edilməsinə icazə verilməməsi lazım olduğunu vurğuladı.