ABŞ Prezidenti Donald Tramp, İranla müharibəni yenidən başlatmaq barədə qərar vermədiyini bildirərək, "Tələsməyə ehtiyac yoxdur" dedi.
ABŞ Prezidenti Donald Tramp ölkə mətbuatına verdiyi açıqlamada, İranla müharibəni yenidən başlatmaq barədə hələ dəqiq qərar vermədiyini bildirdi. Tramp, “Bir şeylər edəcəyik amma tələsməyə ehtiyac yoxdur. Onları maliyyə baxımından çökdürdük, pulları yoxdur, benzini yoxdur və xalqı bu vəziyyətdən bezməyə başladı” ifadələrini işlətdi.
Tehran rəhbərliyinin anlaşma etmək üçün istəkli olduğunu deyən Tramp, “Onlarla danışırıq, hər şey yaxşı gedir. Onlarla bağlı problem odur ki, bizi daim yubatmağa çalışırlar” deyə danışdı.