ABŞ Prezidenti Donald Tramp Konqres aralıq seçkiləri öncəsi seçicilərə 'seçkiyə getmələri' çağırışında bulundu.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Linkoln Memorial Hovuzunun açılışında iştirak etdi. Seçicilərdən seçkiyə gedərək səslərini vermələrini istəyən Tramp, “Düşünürəm ki, bu, həyatımız boyunca görəcəyimiz ən vacib aralıq seçkidir” dedi.
Tramp, İranla müharibənin tezliklə bitəcəyini deyərək, “Benzin qiymətləri sürətlə düşəcək. Tehran artıq hərbi gücə malik deyil və ölkənin iqtisadi vəziyyəti çox pisdir. İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyik və onlar da bunun fərqindədirlər. Əgər İranın nüvə silahına sahib olmasına icazə versəydik, bu ölkə heç vaxt bugünkü kimi işləyə bilməzdi. Bütün dünya tamamilə fərqli bir yer olardı. Bunu əngəllədik” ifadələrini işlətdi.