Danimarka, 2027-2028 tədris ilindən etibarən ibtidai və orta məktəblərdə mobil telefon istifadəsinə icazə verilməyəcəyini elan etdi.
Danimarka Təhsil Nazirliyi, gələn tədris ilindən etibarən ibtidai və orta məktəblərdə mobil telefon istifadəsinə icazə verilməyəcəyini bildirdi. Açıqlamada, tənzimləmənin mobil telefonlarla yanaşı internetə çıxışı olan digər şəxsi elektron cihazları da əhatə edəcəyi vurğulandı və məktəblərin internet şəbəkələrində məzmun filtrləmə sisteminin tətbiq ediləcəyi qeyd edildi. Açıqlamada həmçinin dərs saatlarında sosial media, onlayn oyun və alış-veriş saytları kimi təhsillə əlaqəsi olmayan platformalara girişin məhdudlaşdırılacağı, hansı internet saytlarının bloklanacağına isə bələdiyyələrin və məktəblərin qərar verəcəyi ifadə edildi.