NATO Baş Katibi Rutte ABŞ Prezidenti Tramp ilə görüşəcək
NATO Baş Katibi Mark Rutte-nin sabah ABŞ-ın Florida ştatında ABŞ Prezidenti Donald Tramp ilə görüşəcəyi bildirildi.

NATO-dan verilən açıqlamada, Baş Katib Mark Rutte-nin 24-25 noyabr tarixlərində ABŞ-ın Florida ştatına səfər edəcəyi qeyd edildi. Açıqlamada, Rutte-nin səfər çərçivəsində sabah Floridadakı Mar-a-Lago-da ABŞ Prezidenti Donald Tramp ilə görüşəcəyi bildirildi.

Rutte-nin həmçinin ABŞ-lı yüksək səviyyəli rəsmilərlə də görüşlər keçirəcəyi bildirilərkən, təmaslar çərçivəsində mətbuata açıq bir tədbirin təşkil olunmayacağı ifadə edildi.