Bu ölkə elektrik avtomobillərin satışı üzrə dünya rekorduna imza atıb

Norveçdə elektrikli avtomobillərin satışı üzrə yeni dünya rekordu müəyyən edilib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, statistikanı Norveç Yol Federasiyası (OFV) təqdim edib.

Belə ki, avqustda Norveçdə elektrikli avtomobillərin satışı bazarın 94%-ni təşkil edib, bu isə yeni dünya rekordu deməkdir.

 

Statistikada hibrid nəqliyyat vasitələrinin satışlarının da artdığı qeyd olunur.