Gürcüstanın Avropa İttifaqına qəbulu dayandırılıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Aİ bəyanat yayıb.
Qeyd edilir ki, Gürcüstanın Avropa İttifaqına daxil olması prosesi faktiki olaraq dayandırılıb.
Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkəsinin 2030-cu ilə qədər Avropa İttifaqının üzvü olacağını deyib.
Baş nazir bildirib ki, assosiasiyanın gündəliyində və doqquz prioritetdə nəzərdə tutulan şərtlər yerinə yetiriləcək: “2030-cu ilədək Gürcüstan Aİ-nin tamhüquqlu üzvü olmağa namizəd ölkələr arasında ən hazır olan ölkə olacaq”.