Kulebanın istefası təsdiqləndi

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba vəzifəsindən azad edilib.

Trend xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, Ukrayna Ali Radası Kulebanın vəzifədən azad olunmasını təsdiqləyib.

240 deputat Kulebanın vəzifədən getməsinin “lehinə” səs verib.

Jeleznyak əlavə edib ki, Kuleba Ali Radanın iclasına qatılmayıb.