ABŞ Dövlət katibi Antoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi birlikdə Kiyevə səfər ediblər.
AZƏRTAC xəbər verir ki, onlar Londonda keçirilən danışıqlardan sonra Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəklər.
A.Blinken bildirib ki, səfərin məqsədlərindən biri Ukrayna rəhbərliyindən onların məqsədlərini dəstəkləmək və ehtiyaclarını ödəmək üçün ABŞ-ın nə edə biləcəyini öyrənməkdir.
Qeyd edək ki, V.Zelenski dəfələrlə Vaşinqtonu ABŞ-ın təmin etdiyi silahların məhdudiyyətlərini yumşaltmağa çağırıb.