İrəvanın mərkəzində 40-a yaxın insanın iştirakı ilə silahlı qarşıdurma olub

Sentyabrın 19-da axşam saatlarında İrəvanın mərkəzində “Vernisaj”ın yaxınlığında silahlı qarşıdurma baş verib. AZƏRTAC xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Belə ki, bir qrup insan əvvəlcə mübahisə ediblər, sonra isə onların arasında dava-dalaş olub. Sonda tərəflər odlu silaha əl atıblar. Polisin müdaxiləsindən sonra tərəflər silahı yerə qoyublar. Bildirilir ki, qarşıdurmada 40-a yaxın iştirak edib. Onların bəziləri polis idarələrinə aparılıb.

Hələlik yaralanan və xəsarət alanlar barədə məlumat verilmir.