Türkiyə şirkətləri hökumətin Yaşıl Konsensus Fəaliyyət Planının məqsədlərinə uyğun olaraq, ölkənin ekoloji etiketləmə sisteminə daha çox maraq göstərir.
AZƏRTAC xəbər verir ki, artıq dövlət tərəfindən ölkənin 15 iri şirkətinin, o cümlədən aparıcı kimya və keramika məhsulları istehsalçılarının 500 adda məhsuluna ekoloji etiketlər verilib.
Yeni etiket, həmçinin istehsalın bütün mərhələlərində ətraf mühitə həssaslığı nümayiş etdirir, Aİ-nin ciddi ekoloji meyarlarına uyğundur.
Etiket üçün müraciət könüllülük əsasında həyata keçirilir və etibarlılıq müddəti dörd ildir.
Etiketi alan şirkətlər qeyd olunan ekoloji meyarlara uyğunluğu təmin etmək üçün hər il yoxlanılır.
Türkiyənin ekoloji etiketləri beynəlxalq səviyyədə tanınır və sahiblərinə rəqibləri üzərində üstünlük verir. Yaşıl Konsensus Fəaliyyət Planı Türkiyənin Ticarət Nazirliyi tərəfindən koordinasiya edilir.