Qubadlıda modul tipli xəstəxana qurulacaq - Vüqar Qurbanov

Qubadlı rayonu ərazisində sendviç panel konteyner - modul tipli xəstəxananın quraşdırılması da planlaşdırılan layihələrdəndir.

Trend xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu gün Bakıda 2025-ci ilin yekunlarına və gələcək planlara dair keçirilən brifinqdə bildirib.

 

"Eləcə də Sumqayıt şəhərində yerləşən 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin, eləcə də Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının əsaslı təmiri və yenidən qurulması icra olunacaq əsas layihələr sırasındadır”, o əlavə edib.