İranda hərbi helikopter qəzaya uğrayıb, ölənlər var - YENİLƏNİB

İranın İsfahan vilayətinin Xamnə şəhərində hərbi helikopterin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

10:51

İranın Xamnə şəhərində helikopter qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Hadisə meyvə-tərəvəz bazarı kompleksinin ərazisində baş verib.

Digər təfərrüatlar açıqlanmır.