Çin Əfqanıstan və Pakistan arasında münaqişənin həlli üçün vasitəçilik səylərinə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin jurnalistlər üçün təşkil olunan brifinqdə deyib. “Çin hər zaman öz kanalları vasitəsilə Əfqanıstan və Pakistan arasındakı münaqişədə vasitəçilik edib. Pekin indi də gərginliyin azaldılması və tərəflər arasında münasibətlərin sabitləşdirilməsi üçün konstruktiv rol oynamağa hazırdır”, - deyə Mao Nin bildirib. Diplomat, həmçinin Kabil və İslamabadı təmkinli olmağa, mövcud fikir ayrılıqlarını dialoq və danışıqlar yolu ilə həll etməyə çağırıb.
Qeyd edək ki, fevralın 26-da Əfqanıstan-Pakistan sərhədində yenidən döyüşlər başlayıb. Kabil Pakistanın Əfqanıstan ərazisinə son hava hücumlarına cavab olaraq hərbi əməliyyat keçirdiyini açıqlayıb. İslamabad toqquşmalarda 130-dan çox Əfqanıstan əsgərinin öldürüldüyünü iddia edib.