Livanın baş naziri Nazirlər Kabinetinin təcili iclasını çağırdı

Livanın Baş naziri Nəvaf Salam Nazirlər Kabinetinin təcili iclasını çağırıb.

Trend-in məlumatına görə, bu barədə "NNA" agentliyi xəbər verib.

 

Məlumata əsasən, iclasın keçirilməsi martın 2-nə planlaşdırılıb.

Bildirilib ki, Livan nazirləri yerli vaxtla səhər saat 8:00-da Beyrutdakı Baabda prezident sarayında "gecə baş verən hadisələri, onların nəticələrini və lazımi tədbirləri" müzakirə etmək üçün görüşəcəklər.