Tbilisi meri Gürcüstana qayıda bilmir

Tbilisi meri Kaxa Kaladze hazırda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidən çıxa bilmir.

AZƏRTAC xəbər verir ki, bu barədə Tbilisi meriyası məlumat yayıb.

“Tbilisi meri həftəsonu Əbu-Dabidə idi. Mövcud vəziyyətlə əlaqədar olaraq, o, hələlik təyyarə ilə geri qayıda bilmir”, – deyə məlumatda bildirilir.