Çin enerji təhlükəsizliyini qorumaq üçün lazımi tədbirlər görəcək.
AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin ABŞ-nin Venesuela və İrandakı hərəkətlərinin Çinin neft tədarükünə təsir göstərə biləcəyinə dair suala cavab olaraq belə deyib.
XİN rəsmisi bildirib ki, Çin beynəlxalq münasibətlərdə güc tətbiq etməklə digər ölkələrin enerji təhlükəsizliyini pozmağa qəti şəkildə qarşıdır.
“Enerji təhlükəsizliyi dünya iqtisadiyyatı üçün çox vacibdir. Bütün tərəflər sabit və maneəsiz enerji təchizatını təmin etməlidirlər”, - deyə Mao Nin bildirib.