İsrailin və ABŞ-nin İrana qarşı əməliyyatlarının başlanmasından 5 gün sonra İsrailin əsas aeroportu olan “Ben Qurion” beynəlxalq hava limanı fəaliyyətini bərpa edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bir müddət əvvəl Afinadan ilk repatriasiya tipli aviareys yerinə yetirən sərnişin təyyarəsi aeroportda eniş edib və bir həftəyə yaxın vətənə qayıda bilməyən İsrail vətəndaşlaırnı ailələrinə qovuşdurub.
Şənbə günü ölkənin hava məkanı bağlanandan 100 minə yaxin İsrail vətəndaşı ölkə xaricində çıxılmaz vəziyyətdə qalıb və uçuş qadağasına görə geri dönə bilmir. Onların da tədricən repatriasiya reysləri vasitəsilə ölkəyə yaxın zamanda qaytarılacağı gözlənilir.