Xilasedicilər ABŞ qüvvələri tərəfindən Şri-Lanka sahillərində batırılan İranın “IRIS Dena” freqatında 87 dənizçinin cəsədini tapıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə “ADA Derana” portalı məlumat yayıb. Portalın məlumatına görə, Şri-Lanka Hərbi Dəniz Qüvvələrinin hərbçiləri sudan 87 cəsəd çıxarıb. Sağ tapılan 32 heyət üzvü isə yerli xəstəxanaya aparılıb, onlardan biri reanimasiyadadır.
İran hakimiyyət orqanları freqatın göyərtəsində təxminən 130 dənizçinin olduğunu bildiriblər.