Rusiyanın “Roskosmos” agentliyinin baş direktoru Dmitri Bakanov “Razvedçik” jurnalına müsahibəsində bildirib ki, Beynəlxalq Kosmik Stansiya (BKS) 2030-cu ildə okeana enməzzən əvvəl 2028-ci ildə tədricən orbitdən çıxmağa başlayacaq.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, D. Bakanov bildirib: “İlk növbədə, biz Beynəlxalq Kosmik Stansiya layihəsi üzərində işləyirik; onun birgə fəaliyyətinə bir neçə il qalıb. 2028-ci ildə stansiyanın tədricən orbitdən çıxarılmasına başlayacağıq və sonradan, 2030-cu ildə onun okeana enməsi planlaşdırılır”.
Bakanov bildirib ki, Rusiya Orbital Stansiyasının (ROS) ilk modulunun Baykonur kosmodromundan 51,6 dərəcəlik orbitə buraxılması da 2028-ci ildə planlaşdırılır. Daha sonra universal qovşaq və keçid modullarının da həmin kosmodromdan buraxılması nəzərdə tutulur.
NASA-nın “Ceyms Vebb” kosmik teleskopunun yeni müşahidələrinə görə, daha əvvəl ABŞ kosmik agentliyi YR4 asteroidinin 2032-ci ildə Ay ilə toqquşma ehtimalını istisna etmişdi.