ABŞ Rusiyadan yüklənmiş neft və neft məhsullarının satışına müvəqqəti icazə verib

ABŞ Maliyyə Nazirliyi 12 martdan əvvəl Rusiyadan gəmilərə yüklənmiş neft və neft məhsullarının satışına tətbiq edilən sanksiyaları ləğv edib.

Trend-in məlumaına görə, Nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən verilən ümumi lisenziya bu cür əməliyyatlara 11 aprelə qədər icazə verirb.

 

Məlumata əsasən, söhbət "ABŞ Şərq sahilləri vaxtı ilə 12 mart 2026-cı il, saat 00:01-ə qədər yuxarıda qeyd olunan aktlarla bloklanmış gəmilər də daxil olmaqla, istənilən gəmiyə yüklənmiş, Rusiya Federasiyasından mənşəli xam neft və ya neft məhsullarının satışı, çatdırılması və ya boşaldılması ilə bağlı əməliyyatlara" gedir.