Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı davam edir.
Trend xəbər verir ki, yarışın 5-ci günündə iki qadın güləşçimiz həlledici görüşlərdə mübarizə aparıb.
Ruzanna Məmmədova (62 kq) final görüşündə rusiyalı Amina Tandelovaya 3:5 hesabıyla məğlub olaraq gümüş medal qazanıb.