BƏƏ sahillərində daha bir tankerə hücum olub

Yaxın Şərqdə eskalasiyaların davam etməsi fonunda daha bir tankerə hücum olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UMTO) məlumat yayıb.

 

Gəmi Birləşmiş Ərəb Əmirliklərinin Əl-Fuceyrə liman şəhərindən 23 dəniz mili şərqdə lövbərdə olarkən ona naməlum mərminin dəydiyi bildirilir.

Hücum nəticəsində gəminin göyərtəsinə az-əhəmiyyətli ziyan dəyib. Ekipaj üzvlərindən xəsarət alan olmayıb.