Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas çərşənbə axşamı bildirib ki, ABŞ Prezidenti Donald Tramp müttəfiqlərini İrandakı müharibə zamanı təhlükəsiz tranziti təmin etmək üçün oraya hərbi gəmilər göndərməyə çağırdığı bir vaxtda Hörmüz boğazını açıq saxlamaq üçün diplomatik yollar tapılmalıdır.
AZƏRTAC xəbər verir ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas “Reuters” agentliyinə verdiyi müsahibədə bildirib: “Heç bir ölkə Hörmüz boğazında öz xalqını təhlükəyə atmağa hazır deyil. Ərzaq, gübrə və enerji böhranlarının qarşısını almaq məqsədilə onu açıq saxlamaq üçün diplomatik yollar tapmalıyıq”.