İsrail ordusu Qəzza zolağında HƏMAS hərəkatının komandirlərindən birini zərərsizləşdirib.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Hava zərbəsi nəticəsində hərəkatın maddi-texniki təchizat (logistika) bölməsində komandir olan Yəhya Əbu Ləbdanin öldürüldüyü bildirilir.
IDF-in bildirdiyinə görə, Əbu Ləbda HƏMAS-ın hərbi qanadının hərbi avadanlıqlar və silahlarla təchizatına, eləcə də nəqliyyat məsələlərinə cavabdeh idi.
“Əbu Ləbda HƏMAS-ın istehsal müəssisələrinə dəstək məqsədilə raket istehsalına lazım olan tonlarla xammalın və yüksək texnologiyaları elektron komponentlərin daşınmasına rəhbərlik edib”, -deyə IDF-in məlumatında qeyd olunub.