İsrail ordusu Beyrutdakı "Hizbullah" hədəflərinə hücum edib

İsrail Müdafiə Qüvvələri Beyrutda Livanın "Hizbullah" qruplaşmasının hədəflərinə hücum edildiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun "Telegram" kanalında yayımlanan ordunun nümayəndəsinin açıqlamasında bildirilib.

 

"İsrail Müdafiə Qüvvələri hazırda Beyrutda "Hizbullah" terrorçularının hədəflərinə hücum edir", - deyə qeyd olunub.