Praqada Rus Evinə "Molotov kokteyli" atdılar

Çexiyanın paytaxtı Praqadakı Rus Evi binası naməlum şəxslər tərəfindən "Molotov kokteylləri" ilə hücuma məruz qalıb.

Trend xəbər verir ki, hadisə barədə mərkəzin rəhbəri İqor Girenko məlumat verib. O bildirib ki, 26 mart gecəsi binaya 6 ədəd yandırıcı maye olan şüşə atılıb, lakin xoşbəxtlikdən 3-ü partlamayıb.

 

Rusiya səfirliyi bu hücumu “aqressiya aktı” kimi qiymətləndirib.