Bəhreyn ordusu raket və dron hücumlarının qarşısını alır

Bəhreyn son 24 saat ərzində İrandan atılan 20 raket və 23 pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini açıqlayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Bəhreyn ordusunun sosial media hesabında açıqlama verilib.

 

Məlumata görə, fevralın 28-dən bəri 174 raket və 385 PUA zərərsizləşdirilib və məhv edilib.

İran ABŞ və İsrailin hücumlarına cavab olaraq 28 fevraldan bəri 7 ərəb ölkəsindəki ABŞ bazalarına və strateji obyektlərə raket və PUA zərbələri endirir.