Əfqanıstanda leysan səbəbindən 42 nəfər ölüb

Əfqanıstanda leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 42 nəfər həyatını itirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Milli Təbii Fəlakətlərlə Mübarizə İdarəsi məlumat yayıb.

 

İtkilərlə yanaşı azı 66 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

Martın 25-dən bəri ölkədə müşahidə olunan əlverişsiz hava infrastruktura və yaşayış məntəqələrinə də ciddi ziyan vurub: ümumilikdə 476 yaşayış evinə zərər dəyib.