İslamabadda razılaşma ABŞ-ın hərəkətləri səbəbindən əldə olunmayıb - İran XİN

İslamabadda ABŞ və İran arasında Anlaşma Memorandumu ABŞ tərəfinin hərəkətləri səbəbindən imzalanmayıb.

Trend-in məlumatına görə, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində yazıb.

"İslamabad memorandumunun imzalanmasına az qalmış, [amerikalı həmkarlarımızın] maksimalizmi, şərtlərin daim dəyişməsi və blokada ilə qarşılaşdıq", - deyə nazir bildirib.

Onun sözlərinə görə, İran ABŞ ilə vicdanla danışıqlar aparıb və İslamabada "son 47 ildə ən yüksək səviyyəli nümayəndələr" göndərib.