Bu gün səhər saatlarında İranın Cənubi Pars Qaz Şirkətinin 6-cı qaz emalı zavodunda partlayış baş verib.
Trend-in məlumatına görə, bunu İranın Cənubi Pars Qaz Şirkətinin sözçüsü İbrahim Abbasi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları zamanı xəsarət dəyən 6-cı emal zavodunda bərpa işləri zamanı partlayış baş verib. Nəticədə təmir işləri aparan şirkətin 3 əməkdaşı yaralanıb.
Abbasi bildirib ki, yaralılar müalicə üçün dərhal xəstəxanaya aparılıb. Hadisə yerinə yanğınsöndürmə və xilasetmə əməkdaşları cəlb olunub və yanğın söndürülüb.